1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Ekoloji mədəniyyət və incəsənət mövzusunda tədbir
04.03.2017 / No8

 

 

 


Bakı şəhəri A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusunda tədbir keçirilib. Öncə “Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” adlı sərgiyə baxış olub.
Məktəbin coğrafiya müəllimi, əməkdar müəllim Validə Əhmədovanın rəhbərliyi, tarix müəllimi Könül Bağırovanın təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanın ekoloji tarixi, mədəniyyəti, incəsənəti barədə şagirdləri maarifləndirmək və onların diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına və mühafizə edilməsinə yönəltmək məqsədi daşıyıb. Tədbirdə ayrı-ayrı regionlar - Bakı, Quba, Lənkəran, Şəki, Tovuz və Qarabağ üzrə stendlər yaradılıb. Hər regionu məktəbin milli geyimdə olan 10 və 11-ci sinif şagirdləri təmsil edib.
Tədbir şagirdlərin rəqs edərək stendlərə yaxınlaşması ilə başlayıb. Ardınca məktəbin tarix müəllimi Könül Bağırova sərgi iştirakçılarını bu layihə barədə məlumatlandırıb. Sonra qonaqlar stendlərlə tanış olublar. Hər region öz stendini zövqlə hazırlanmış divar qəzetləri, qədim tarixi əşyalar, həmin regiona xas milli yeməklər, çərəzlər, meyvələrlə təqdim edib. Hər bölgənin stendinə yaxınlaşdıqca həmin bölgəyə aid musiqi səslənir, şagirdlər şirin ləhcələrlə tədbir iştirakçılarını salamlayıb, həmin bölgənin tarixi, etnoqrafiyası, ekologiyası, bulaqları, nadir ağacları, maddi-mədəniyyət nümunələri, memarlıq abidələri barədə məlumat veriblər. Maraqla qarşılanan tədbir “Yallı” rəqsi ilə yekunlaşıb.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴