1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
Təhsil naziri braziliyalı senator Kristovam Buarkeni qəbul edib
05.03.2016/№9


Martın 3-də təhsil naziri Mikayıl Cabbarov Braziliya Senatının Elm, texnologiya, innovasiya, kommunikasiya və informatika komitəsinin rəhbəri, Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Braziliyanın sabiq təhsil naziri, senator Kristovam Buarkeni qəbul edib.

Görüşdə nazir braziliyalı qonağa Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar haqqında məlumat verib. Daha sonra tərəflər Braziliya və Azərbaycan arasında təhsil sahəsində mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
 

yuxarı ⤴