1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Rəsmi xronikası
11.03.2017 / No9

 
 

 

 


* Martın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikası Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Prezident İlham Əliyev martın 10-da Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Dövlət başçısı İlham Əliyev martın 10-da Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuska Prezident vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

* Martın 10-da ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

* Martın 6-da Prezident İlham Əliyev 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

* Dövlət başçısı İlham Əliyev martın 6-da Larisa Yefimovna Reyxrudelin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışında iştirak ediblər.

* Martın 6-da dövlət başçısı İlham Əliyev Böyük Britaniyanın xarici işlər nazirinin müavini, Birləşmiş Krallığın diplomatik xidmətinin rəhbəri Saymon Makdonaldın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də İran İslam Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində dövlət başçısı İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü və geniş tərkibdə danışıqları olub, hər iki ölkə prezidentinin iştirakı ilə sənədlər imzalanıb. Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olub.

 

yuxarı ⤴