1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Tələbələr üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat
11.03.2017 / No9

 
 

 

 


Martın 10-da Azərbaycan Dillər Universitetində (ADU) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənc Elçilər” proqramı çərçivəsində ilk tədbir keçirilib.
Universitetin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin iştirak etdiyi təqdimat mərasimində Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə və sədr müavini Aysun Zeynalova Gənclər Təşkilatları Milli Şurası, onun missiyası, məqsədi və strategiyası haqqında məlumat veriblər. Onlar “Gənc Elçilər” proqramının əsas məqsədinin Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək gənc elçilərin yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi olduğunu qeyd ediblər. Proqramın faydaları və meyarlarından danışan təlimçilər iştirak etmək istəyən tələbələrə seçim formasının müsahibə və müsabiqədən ibarət olduğunu bildiriblər.

Mətbuat xidməti
 

yuxarı ⤴