1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“ADA”-nın aparat rəhbəri BDU-nun jurnalistika fakültəsində mühazirə oxuyub
11.03.2017 / No9

 

 

 


“ADA” Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin ingilisdilli qruplarının tələbələrinə mühazirə oxuyub.
Dekan müavini, dosent Könül Niftəliyeva qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edərək onun fəaliyyəti barədə tələbələrə məlumat verib. Bildirib ki, Şəfəq Mehrəliyeva uzun illər AZƏRTAC, “Space” müstəqil teleşirkəti və CNN dünya xəbərlərində peşəkar jurnalist kimi fəaliyyət göstərib. İngilis dili qruplarının müəllimləri Vəfa İsgəndərova və Anzulə Əmirovanın təşəbbüsü ilə baş tutan görüşün tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib, öz təcrübəsini bölüşəcəyi üçün Şəfəq Mehrəliyevaya minnətdarlığını bildirib.
Öz növbəsində, dəvətə görə təşəkkür edən Şəfəq Mehrəliyeva jurnalistikanın əsasları, ənənəvi və yeni media, PR, informasiya texnologiyalarının jurnalistikada tətbiqi ilə bağlı ingilis dilində mühazirə oxuyub. İyirmi illik təcrübəsini bölüşən Şəfəq Mehrəliyeva CNN dünya xəbərlərinə Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı faciəsi, Qanlı Yanvar hadisələri ilə bağlı hazırladığı materiallardan, onların təsirindən bəhs edib.
Sonda tələbə-jurnalistlərin sualları cavablandırılıb.

Mətbuat xidməti
 

yuxarı ⤴