1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Xocalı məktəblilərinə kitablar hədiyyə olunub
11.03.2017 / No9

 
 

 

 


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları Pirşağıda yerləşən Xocalı rayonu 2 nömrəli tam orta məktəbində olublar.
Məktəblilərlə görüşən sektor müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçi Ramilə Qurbanlı, məsləhətçi Elvin Hətəmov onlara hərtərəfli inkişaf etmək və cəmiyyətdə öz yerini tutaraq layiqli vətəndaş kimi yetişmək üçün kitabların rolundan danışıblar. Uşaqların mütaliəyə marağını stimullaşdırmaq məqsədilə bu dəfə Xocalı məktəblilərinə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin hədiyyə etdiyi 50 adda bədii kitab bağışlanıb. Şagirdlər öz yazdıqları şeirlərdən parçalar səsləndiriblər.
Məktəblilərlə görüşdə iştirak edən “Qaranquş” jurnalının baş redaktoru Aysel Zahidqızı nəşrin yeni sayını onlara hədiyyə edib. Baş redaktor onu da bildirib ki, məktəblilərin yaradıcılıq nümunələri vaxtaşırı jurnalda işıqlandırılacaq.
Şagirdlər Bilik Fondunun əməkdaşları ilə görüşdən məmnun olduqlarını bildiriblər.
Qeyd edək ki, ötən ay Bilik Fondunun “İmzalı görüş” layihəsi çərçivəsində Xocalı rayonu 2 nömrəli tam orta məktəbində “Qiraət saatı” keçirilib və uşaqlar yazar Mehriban Nağıyeva ilə görüşüblər.

 

yuxarı ⤴