1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Azərbaycan Dillər Universitetində təqdimat mərasimi
11.03.2017 / No9

 

 

 


Martın 4-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi Nəriman Həsənzadənin “Nabat xalanın çörəyi” əsərinin ingilis dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev xalq şairi N.Həsənzadənin yaradıcılığı haqqında qısa məlumat verib. Böyük şairin ədəbiyyatımıza verdiyi töhfələrdən danışan Ə.Abdullayev onun Azərbaycan poeziyasına insanın ruhuna, mənəvi aləminə dinclik gətirən misralar bəxş etdiyini qeyd edib. O, N.Həsənzadə yaradıcılığının hər kəs tərəfindən sevildiyini, maraqla qarşılandığını söyləyərək, bunun qüdrətli şairin poeziyasına, şəxsiyyətinə verilən dəyərin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Professor şairin “Nabat xalanın çörəyi” əsərinin ingilis dilinə tərcümə olunmasını Azərbaycan ədəbiyyatının dünya miqyasında layiqincə təmsil olunması baxımından əlamətdar hadisə adlandırıb.
ADU-nun müəllimi, həmçinin kitabın redaktoru Şəhla Nağıyeva və tərcüməçisi Elnur İmanbəyli əsərin məzmunu haqqında məlumat verərək onun hər bir oxucu üçün örnək ola biləcəyini qeyd ediblər. Onlar əsərin milli koloritlə zəngin olmasının və Azərbaycan mədəniyyətinin ingilisdilli auditoriyaya çatdırılmasının tərcümə prosesinə xüsusi məsuliyyət qatdığını bildiriblər. Kitabın yaradıcı heyəti şairə fəaliyyətində uğurlar arzulayıb və onun nəzm əsərlərinin tərcümə olunmasının planlaşdırıldığını qeyd edib.
Sonda kitabın müəllifi, xalq şairi N.Həsənzadə təəssüratlarını iştirakçılarla bölüşüb. O, ADU-nun təqdimat mərasiminə ev sahibliyi etdiyinə görə universitet rəhbərliyinə və tərcümə komandasına dərin təşəkkürünü bildirib.

İnformasiya Departamenti
 

yuxarı ⤴