1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






AzTU-nun SABAH mərkəzinin tələbələri ilə görüş
11.03.2017 / No9

 

 

 


Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH mərkəzinin bir qrup startapçı tələbəsi universitetin rektor əvəzi Xalıq Yahudovla görüşüb. Tələbələr rektor əvəzinə startap layihələri haqqında məlumat veriblər.
Bildirilib ki, martın 2-də keçirilən “SABAH” İnnovasiya Forumunda AzTU-nun SABAH mərkəzinin tələbələri 4 startap layihə təqdim ediblər.
“Wake Me Up” (Nulls), “LL” (Live longe), “Smart Energy” və “BeTa” (TİMOO) adlı layihələrin hər biri ayrılıqda böyük marağa səbəb olub.
Startapçılar təqdimatda layihələrin əhəmiyyəti haqqında geniş məlumat verib və öz biznes planlarını açıqlayıblar. Qeyd olunub ki, “Wake Me Up” layihəsinin reallaşdırılması təhlükəli zamanlarda yuxuya gedən insanlar üçün çox vacibdir. Bu layihənin məhsulu olan xüsusi eynəklər sükan arxasında yuxuya gedən sürücünü ultraqırmızı şüa vasitəsi ilə oyadır və baş verə biləcək qəzanın qarşısını alır.
“Smart Energy” layihəsi isə sənaye üçün çox böyük önəm kəsb edir. Belə ki, layihə çərçivəsində təkmilləşdirilən texnologiya sayəsində qaranlıq tunellərin alternativ enerji ilə işıqlandırılmasını nəzərdə tutur. Startapçılar bildiriblər ki, tunellərin giriş-çıxışına yerləşdirilən rezinlərin üstündən keçən avtomaşınlar eyni ilə işıqsaçan ayaqqabılar kimi qaranlıq tuneli işıqlandıracaq.
Startapçıların ideyalarını dinləyən rektor əvəzi tələbələrə bildirib ki, AzTU onların layihələrinin reallaşdırılması üçün hər bir şəraiti yaratmağa hazırdır. Xalıq Yahudov tələbələrlə söhbətində qeyd edib ki, dövlətin savadlı və innovativ biliklərə sahib olan gənclərə çox ehtiyacı var. Görüşdə tələbələrə tövsiyə olunub ki, bütün səylər birləşdirilərək, əhəmiyyətli layihələrin üzərində daha intensiv işlənsin və təkmilləşdirilərək sənayeyə tətbiq olunsun.
Qeyd edək ki, “SABAH” İnnovasiya Forumunda AzTU-nu “Nulls”, “Smart Energy” və “BeTa” komandaları təmsil edib.

 

yuxarı ⤴