1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Tələbə elmi konfransı
11.03.2017 / No9

 
 

 

 


Azərbaycan Dövlət “Yuğ” teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Elmi Cəmiyyəti və teatrşünaslıq kafedrasının təşəbbüsü ilə “XX əsrin teatr tendensiyaları” mövzusunda tələbə elmi konfransı keçirilib. Konfransda universitetin teatrşünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə və Azərbaycan Teatr Treninq Mərkəzinin direktoru, beynəlxalq layihələr üzrə müşavir Şaiq Səfərov “XX əsrin teatr tendensiyaları” mövzusu ilə bağlı fikirlərini bölüşüblər.
ADMİU-nun teatr sənəti fakültəsinin müəllimi Elçin Cəfərov “XX əsr. Teatrdan qeyri-teatra doğru”, tələbələrdən Dilşad Əhmədzadə “Meyerholdun teatr metodunun konseptual mahiyyəti”, İlahə Quliyeva “B.Brextin “Epik teatr nəzəriyyəsi”, Dağlar Yusif “M.Çexov “Aktyor texnikası - “nurlanmış aktyor”a doğru”, Nadir Əhmədov “Y.Qrotovski “Yoxsul teatr poetikası”, Nisə İbadlı “A.Arto və “Qəddarlıq teatrı” və Emin Əliyev “T.Kantor və “Ölüm teatrı” mövzularında çıxış ediblər.
Sonda konfrans iştirakçıları mövzu ətrafında müzakirələr aparıblar.
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
 

yuxarı ⤴