1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Beynəlxalq Qadınlar Günü qeyd olunub
11.03.2017 / No9

 

 


Bakı Slavyan Universitetində

Martın 7-də Bakı Slavyan Universitetində (BSU) 8 mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar təntənəli bayram tədbiri keçirilib. Tədbir universitetin foyesində Rəssamlar Klubunun üzvlərinin qadınlara həsr olunmuş əl işlərindən ibarət sərgisinin nümayişi ilə başlanıb.
Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva bütün xanımları əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edib. Rektor Azərbaycan cəmiyyətində bu gün stabillik olmasını xüsusi vurğulayaraq bunun ümummilli lider Heydər Əliyev siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb: “Biz bütün bunlara görə dövlətimizin rəhbərliyinə minnətdar olmalıyıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti sayəsində Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik prinsipləri tam bərqərar olmuşdur”.
N.Əliyeva bayram münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ünvanına təbrik səsləndirib və Azərbaycanın dünyaya tanıdılmasında gördüyü böyük işlərdə ona uğurlar diləyib. Xanımlarımızı ölkənin birinci xanımından nümunə götürməyə səsləyib.
Sonra BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov universitetin xanımlarını təbrik edərək humanizmin, insansevərliyin məhz qadın ruhunun, qadın qəlbinin bəhrəsi olduğunu diqqətə çatdırıblar.
Sonra BSU-nun fəxri fərmanları universitetin ən qocaman və uzun illər təcrübəsi olan xanım müəllimlərinə təqdim edilib.
Bayram tədbiri respublikanın xalq artistləri Yalçın Rzazadə, Gülyanaq Məmmədova, əməkdar artist Ədalət Şükürovun çıxışları ilə davam edib.

Mətbuat xidməti


Sumqayıt Dövlət Universitetində

Martın 7-də Sumqayıt Dövlət Universitetində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirilib.
Tədbiri ali təhsil müəssisəsinin rektoru, professor Elxan Hüseynov açaraq bütün xanımları bayram münasibəti ilə səmimi-qəlbdən təbrik edib. Zəriflik və gözəllik rəmzi olan qadın adının, ana adının tarix boyu vətənimizdə həmişə uca tutulduğunu, Azərbaycan qadınının bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında misilsiz xidmətlər göstərdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Onun ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması qadın statusuna verilən dəyərdir.
Rektor onu da vurğulayıb ki, rəhbərlik etdiyi ali təhsil ocağında çalışan qadın əməkdaşlar universitetin ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edirlər.
Tədbir respublikamızın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin və “Səma” rəqs qrupunun ifalarında maraqlı konsert proqramı ilə davam edib.


“Naxçıvan” Universitetində

“Naxçıvan” Universitetində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Universitetin rektoru, professor İsmayıl Əliyev əlamətdar gün münasibətilə qadınları təbrik edib, Beynəlxalq Qadınlar Gününün yaranma tarixinə nəzər salıb, bu bayramın dünyanın əksər ölkələrində qeyd olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycanda qadına - anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana adı hər zaman müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Qadınlar dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişlər. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artdı, qadınlar ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrildi.
Rektor onu da vurğuladı ki, artıq muxtar respublikamızda müxtəlif peşə sahələrində çalışan qadınların sayı ilbəil artmaqdadır. Təhsil, səhiyyə, mədəniyyət sahələri ilə yanaşı, qadınlarımız həm də hüquq-mühafizə, məhkəmə və digər orqanlarda ləyaqətlə xidmət edir, elm və texniki sahələrində fəaliyyət göstərirlər. Dövlət qadın siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir ki, qadınlarımız istər icra, istərsə də yerli özünüidarəetmə orqanlarında geniş təmsil olunur, yüksək və məsul vəzifələrə təyin olunurlar. Eyni zamanda, hər il muxtar respublikamızda təhsil, səhiyyə, mədəniyyət, dövlət qulluğu və digər sahələrdə səmərəli fəaliyyət göstərən qadınların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Qadınlarımız isə göstərilən qayğıya əməli işləri ilə cavab verirlər.
Sonda universitetin qadın əməkdaşlarına hədiyyələr təqdim olundu.

Nuray ƏSGƏROVA

yuxarı ⤴