1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






ADPU-nun musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsində görüş
11.03.2017 / No9

 
 

 

 


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov universitetin 3-cü tədris binasında fəaliyyət göstərən musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin professor-müəllim heyəti və tələbə kollektivi ilə görüş keçirib. Rektor Cəfər Cəfərov tədris auditoriyalarında olaraq tələbələrlə söhbət edib, onların arzu və istəkləri ilə maraqlanıb, fikir və təkliflərini dinləyib. Rektor musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsində yeni yaradılmış kiçik zalla da tanış olub.
Fakültənin dekanı, dosent Laçın Həsənova tədris prosesi, aparılan elmi-tədqiqat işləri, həyata keçirilən layihələr, ictimai-mədəni tədbirlər barədə məlumat verib. Görüşdə həmçinin yeni yaradılmış musiqi və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zemfira Abdullayeva kafedranın həyata keçirəcəyi işlər haqqında məlumat verib. Sonra fakültə müəllimlərinin və “Musiqi müəllimliyi” ixtisasında təhsil alan tələbələrin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri dinlənilib.
Sonda rektor Cəfər Cəfərov görüşdən məmnun qaldığını bildirərək müəllim və tələbələrə tapşırıq və tövsiyələrini verib.

İctimaiyyətlə əlaqələr şöbəsi
 

yuxarı ⤴