1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
UNEC ilə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib
11.03.2017 / No9

 

 

 


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov, Milli Məclisin deputatı Tahir Mirkişili, UNEC-in türk dünyası işlətmə fakültəsinin dekanı Fərrux Tuzcuoğlu və universitetin distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev Türkiyənin Süleyman Dəmirəl Universitetində (SDU) səfərdə olublar. Dörd gün davam edən səfərin məqsədi iki universitet arasında əməkdaşlığın genişləndirilməsidir.
Səfərin ilk günü nümayəndə heyəti İsparta şəhər valisi Şehmus Günaydın və İsparta Bələdiyyəsinin sədri Yusif Ziya Günaydınla görüşüb. UNEC-in rektoru, professor Ədalət Muradov təhsilin inkişafının hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb. Şəhər valisi universitetlər arasında əməkdaşlığın tez bir zamanda ən yüksək səviyyəyə yüksələcəyinə əminliyini ifadə edib.
Süleyman Dəmirəl Universitetinin rektoru, professor İlker Hüseyin Çarıkçı ilə görüşdə rektor Ə.Muradov UNEC-də fəaliyyət göstərən türk dünyası işlətmə fakültəsinin işinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Bu istiqamətdə birgə fəaliyyətlə bağlı görüləcək işlər müzakirə edilib. Görüşdə, həmçinin yaxın zamanda iki universitet arasında ikili diplom layihəsinin reallaşdırılması ilə bağlı ilkin razılıq əldə olunub.
Nümayəndə heyətinə Süleyman Dəmirəl Universitetində distant təhsilin reallaşdırılması sahəsində əldə edilən uğurlar barədə ətraflı məlumat verilib. Universitetin Türkiyədə bu sahədə böyük təcrübəyə, həmçinin zəngin maddi-texniki bazaya malik olduğu diqqətə çatdırılıb, prosesin texniki tərəfləri praktiki nümunələrlə təqdim edilib. Nümayəndə heyəti, həmçinin Süleyman Dəmirəl Universitetində katiblik işinin təşkili, iş prinsipi və digər strukturlarla qarşılıqlı fəaliyyəti ilə maraqlanıb, ali təhsil müəssisəsinin “Bilgi Mərkəzi” adlanan mərkəzi kitabxanası ilə tanış olublar.
Səfər çərçivəsində UNEC-in nümayəndə heyəti adıçəkilən universitetdə təşkil edilən “Müstəqilliyin 25-ci ilində Azərbaycan” adlı konfransa da qatılıb. Milli Məclisin deputatı T.Mirkişili Azərbaycanın müstəqillik illərində daxili və xarici siyasətdə əldə etdiyi uğurlardan və iqtisadi nailiyyətlərdən söz açıb. UNEC-in rektoru Ə.Muradov həmin dövrdə Azərbaycanda təhsil sahəsində görülən işlər, əldə edilən uğurlar, təhsilin maddi-texniki bazasının gücləndirilməsi və peşəkar kadrların dünyanın aparıcı təhsil mərkəzlərində hazırlanması ilə əlaqədar dövlətin reallaşdırdığı tədbirlərdən danışıb, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin son 3 ildə əldə etdiyi nailiyyətləri qeyd edib.
Nümayəndə heyəti Süleyman Dəmirəl Universitetində iqtisadyönümlü təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb.
Səfər çərçivəsində nümayəndə heyəti Süleyman Dəmirəlin məzarını və ev-muzeyini ziyarət edib, yeni istifadəyə verilən Turan Yazqan adına İsparta Etnoqrafiya Muzeyində olublar.

İctimaiyyətlə əlaqələr şöbəsi
 

yuxarı ⤴