1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Hindistan Respublikasının səfiri Naxçıvan Dövlət Universitetində olub
11.03.2017 / No9

 

 

 


Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq 50 illik tarixə malik ali təhsil müəssisəsinin təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısından bəhrələndiyini bildirib.
Universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi ilə tanışlıq zamanı hindistanlı diplomata müasir elektron təhsil şəbəkəsinin idarə olunması, elektron sənəd dövriyyəsinin təşkili, ali təhsil müəssisəsinin bütün binalarının şəbəkə fiber optik kabellə birləşdirilməsi, kamera-nəzarət sistemi, 108 hektarlıq kampusu əhatə edən “Wi-Fi” simsiz internet şəbəkəsi barədə məlumat verilib. Media mərkəzində yaradılan rəqəmsal multimedia infrastrukturu, Universitet Televiziyasında videodərslərin “HD” formatda çəkilib yaddaşa yazılması, universitetin internet portalındakı elektron mühazirə bölməsində yerləşdirilməsi prosesi, “Nuhçıxan” radiosunun fəaliyyəti maraqla qarşılanıb.
Rektor daha sonra səfirə universitetin maddi-texniki bazası, professor-müəllim heyəti, mövcud fakültə və ixtisaslar haqqında da geniş məlumat verib.
Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Hindistan universitetlərinin Azərbaycanın bir sıra ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlığından danışıb, Naxçıvan Dövlət Universiteti ilə virtual əlaqələrin inkişafı, müştərək elmi tədqiqat işlərinin aparılması, tibb, memarlıq və mühəndislik ixtisaslarının tədrisi, informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində əlaqələrin perspektivlərindən bəhs edib.
Sonra səfirin xarici ölkə vətəndaşlarının universitetdə təhsil almaq imkanları, bakalavr, magistratura və doktorantura pillələri üzrə təhsilin səviyyəsi ilə bağlı sualları cavablandırılıb.
Görüş universitetin Elmi kitabxanası ilə tanışlıqla yekunlaşıb. Burada qonağa kitabxananın 160000-dən yuxarı fonda malik olması, 45000-ə yaxın çap məhsulunu əhatə edən elektron kataloq-kartoteka sistemi, elektron kataloq köşkü və İnternet mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verilib.

Mehriban SULTAN,
Mətbuat şöbəsinin müdiri
 

yuxarı ⤴