1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans
11.03.2017 / No9

 

 

 


Mingəçevir Dövlət Universitetində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və MDU-nun təşkilatçılığı ilə “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib. Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2017-ci il üçün fəaliyyət planına uyğun olaraq keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul nümayəndələri, universitetin professor, müəllim və tələbələri iştirak ediblər.
Konfransda giriş sözü ilə çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev bildirib ki, Azərbaycan hər zaman İslam həmrəyliyi prinsipindən çıxış edib. İslam hər kəsi terrora, zülmə, əsarətə deyil, azadlığa və insan haqlarının qorunmasına, günahsız insanlara qarşı mərhəmət nümayiş etdirməyə dəvət edir. O vurğulayıb ki, bu il Azərbaycanda 4-cü İslam Həmrəylik Oyunları keçiriləcək və 2018-ci ildə Naxçıvan İslam mədəniyyətinin paytaxtı elan edilib. 2016-cı ildə ölkəmizə axın edən turistlərin əksəriyyəti də məhz müsəlman ölkələrinin vətəndaşlarıdır. Bu ilin “İslam həmrəyliyi ili” elan edilməsi Azərbaycanın müsəlman dünyasında nümunəvi ölkə olduğunu bir daha sübut edir.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi ötənilki “Multikulturalizm ili”nin məntiqi davamıdır. Bu, eyni zamanda Azərbaycanın İslam dünyası ilə münasibətlərinin strateji əhəmiyyətini, ölkəmizin İslam dünyasının vəhdətinə verdiyi önəmi göstərir.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov “İslam həmrəyliyi: müasir çağırışlar”, Mingəçevir Dövlət Universitetinin pedaqogika və psixologiya kafedrasının baş müəllimi İlhamə İsmayılova “İslam ideologiyasının psixoloji aspektləri”, humanitar fənlər kafedrasının müəllimi Üzeyir Zeynalov “Sivilizasiyaların inteqrativ münasibətləri və dialoqunda İslam dininin yeri və rolu”, Tələbə Gənclər Təşkilatının sədri Rəşad Qurbanov “Azərbaycanda gənc nəsil mütərəqqi İslam mədəniyyətinin daşıyıcısıdır” mövzularında məruzələr ediblər.

Nazim NİFTƏLİYEV,
Mətbuat xidmətinin rəhbəri
 

yuxarı ⤴