1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Naxçıvan” Universitetində elmi-praktik konfrans
11.03.2017 / No9

 
 

 

 


“Naxçıvan” Universitetində bu ali məktəbin professor-müəllim heyətinin 2016-cı ildə yerinə yetirdikləri elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Konfransın plenar iclasını giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, elm və təhsilin bir-biri ilə qarşılıqlı əlaqəsi, təhsilin elmlə sintezi olmadan müasir təhsil inkişaf edə bilməz. Bu proses eyni zamanda ali məktəblərin pedaqoji potensialını inkişaf etdirməyə, tədris proqram və kursların məzmununu, təhsil texnologiyalarını və metodlarını yeniləşdirməyə imkan verir.
Rektor rəhbərlik etdiyi ali təhsil ocağında son illər həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, “Naxçıvan” Universitetində elm sahəsində müsbət dəyişikliklər baş verib, elmi-tədqiqat işlərinin aktuallığına, yeniliyinə, praktiki əhəmiyyətinə xüsusi önəm verilərək onların nəticələri tədris prosesində geniş tətbiq olunub.
Sonra universitetin iqtisadiyyat kafedrasının dosenti Əli Cabbarovun “Turizm marşrutları və turizm xidmətlərində onların əhəmiyyəti”, xarici dillər kafedrasının müdiri Anara Nəsirlinin “İngilis ədəbiyyatında XIX əsr ədəbiyyatının mahiyyəti və əhatə etdiyi dövrlər tədqiqat obyekti kimi”, professor Sədaqət Həsənovanın “Əbülfəz Muxtaroğlunun dil, üslub xüsusiyyətləri” mövzularında məruzələri dinlənilib.
Konfrans öz işini “Riyaziyyat və informatika”, “Xarici dillər”, “İdarəetmə”, “Təbiət elmləri”, “İqtisadiyyat”, “Pedaqogika və psixologiya”, “Ümumi tarix”, “Azərbaycan dili və ədəbiyyat” bölmələri üzrə davam etdirib.

Nuray ƏSGƏROVA
 

yuxarı ⤴