1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Amerikalı professor Aqrar Universitetində seminar-müşavirə keçirib
11.03.2017 / No9

 
 

 

 


Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsində ABŞ-ın İllinoys Universitetinin professoru Muhəmməd Babados aqrar sahədə çalışan alimlərin, fermerlərin, torpaq mülkiyyətçilərinin və iş adamlarının iştirakı ilə işgüzar seminar-müşavirə keçirib. Əvvəlcə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin mövcud durumu, burada olan təhsil-təcrübə şəraiti və ən müasir laboratoriyalar barədə, həmçinin yüksək səviyyəli kadr potensialı haqqında iştirakçılara ətraflı məlumat verib.
Seminar-müşavirədə Tərtər, Samux, Goranboy, Şəmkir, Göygöl, Daşkəsən, Qazax və Tovuz rayonlarından 40 nəfərdən artıq fermer, torpaq mülkiyyətçisi və iş adamı iştirak edib. Bildirilib ki, bu gün açıq tarla şəklində məhsul yetişdirmək ekoloji tarazlığın pozulması nəticəsində xeyli çətinləşib. Gözlənilməz iqlim dəyişiklikləri, qəfil xəstəliklər fermerləri çıxılmaz vəziyyətə salıb. Amerikalı professor bütün bunların qarşısının elmi şəkildə alına biləcəyini, bu baxımdan torpaq mülkiyyətçisinin və alimlərin üzərinə düşən vacib amilləri söyləyib. Seminar-müşavirədə aqronomluq fakültəsinin bitkiçilik və bitki mühafizəsi kafedrasında bitkilərdə xəstəliktörədici göbələk, bakteriya və virusların müəyyənləşdirilməsi və onlara qarşı mübarizə tədbirlərinin hazırlanması məqsədilə Almaniyadan alınmış 50 min avro dəyərində müasir standartlara cavab verən xəstəliklərin diaqnostikası laboratoriyası haqqında da danışılıb. Bu laboratoriya sahibkara kifayət qədər kömək etmək iqtidarındadır. Həmin laboratoriyada bitki xəstəliyinin analizi yerinə yetirilir. Bölgə fermerləri bu laboratoriyadan səmərəli şəkildə istifadə edə bilərlər və hazırda istifadə edənlər də var.
Bu gün mövcud tədris planlarının beynəlxalq təhsil proqramları ilə üst-üstə düşməməsi müvafiq sahələrdə, o cümlədən bitki mühafizəsi ixtisası üzrə kadr hazırlığının dövrün tələblərinə uyğun formada təşkilində əsas problemlərdən biri hesab olunur. Bu baxımdan seminar-müşavirənin məqsədi həm də bitki mühafizəsi üzrə kadr hazırlığının, təcrübənin, tədris proqramının beynəlxalq standartlara uyğunlaşdırılması və aparıcı aqraryönümlü xarici ali təhsil müəssisələrinin proqramları ilə unifikasiyası, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması məsələlərini müzakirə etmək olub.
Professor Muhəmməd Babados bir neçə gün ərzində bölgənin bitkiçiliklə məşğul olan təsərrüfatlarında da olub, elmi və təcrübi məsləhətlərini fermerlərə çatdırıb.

Mətbuat xidməti
 

yuxarı ⤴