1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Əməyimə verdiyi yüksək qiymətə görə Prezidentimizə minnətdaram
11.03.2017 / No9

 

 

 


Səadət QƏNDİLOVA,
Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, dosent

Əmək fəaliyyətim 1971-ci ildən məzun olduğum Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə bağlıdır. 1975-ci ildən burada çalışıram. 40 ildən çox müddət ərzində müxtəlif vəzifələrdə işləmiş, hamısında da mənə göstərilən etimadı doğrultmağa çalışmışam. Məhz bunun sayəsində də vəzifə pillələri ilə irəliləmiş, 2014-cü ilin aprelində universitetin tələbələrlə iş üzrə prorektoru təyin olunmuşam. Peşəkar fəaliyyətimlə yanaşı ictimai işlə də mütəmadi məşğul oluram.
Fəaliyyətim ölkə rəhbərliyi, Təhsil Nazirliyi və universitetimiz tərəfindən layiqincə qiymətləndirilib. Müxtəlif vaxtlarda “Tərəqqi” medalı, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuş, fəxri fərmanlar almışam.
Builki 8 mart - Beynəlxalq Qadınlar Günü isə mənim həyatımda daha çox əlamətdar və fərəhverici oldu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu günlərdə imzaladığı sərəncama əsasən mən də “Əməkdar müəllim” fəxri adına layiq görüldüm. Bu fəxru ad həm çox şərəfli, həm də məsuliyyətlidir. Çünki Azərbaycanın gələcək qurucuları olan gənclərin dərin bilik almasında, milli vətənpərvərlik, dövlətə sədaqət ruhunda tərbiyə olunmasında müəllimin çox mühüm rolu var. Mən də bir müəllim, ana, dövlətə və dövlətçiliyimizə sadiq vətəndaş kimi həmişə gənclərə xüsusi qayğı və diqqət yetirmişəm, onların layiqli vətəndaş kimi yetişməsinə çalışmışam.
Fürsətdən istifadə edib biz qadınlara həmişə qayğı və diqqət yetirdiyi, bizə inandığı və etimad göstərdiyi üçün, eləcə də əməyimizə yüksək qiymət verdiyinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Düşünürəm ki, möhtərəm Prezidentimizin biz qadınlara verdiyi ən böyük töhfəsi Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, xanım Mehriban Əliyevanı Birinci vitse-prezident təyin etməsidir. Bu, Azərbaycan qadınına olan inamın və etimadın bariz nümunəsidir.

 

yuxarı ⤴