1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Builki 8 martda ikiqat bayram sevinci yaşadım
11.03.2017 / No9

 

 

 


Göyçək PİRİYEVA,
Bakı şəhəri 6 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, “Tərəqqi” medallı

8 mart - Beynəlxalq Qadınlar Günü bütün qadınlar kimi mənim üçün də sevimli bayramlardan biridir. Həmin gün əzizlərim, yaxınlarım tərəfindən xoş sözlər eşidir, təbriklər alıram. Bu il də belə oldu. Lakin fərq o idi ki, indi məni təkcə bayrama görə deyil, həm də “Tərəqqi” medalı almağım münasibəti ilə təbrik edirdilər. Ona görə də builki 8 martda ikiqat bayram sevinci yaşadım.
Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə hər il bir qrup qadını fəxri adlar və medallarla təltif edir. Bu, Prezidentimizin qadınlara olan qayğı və diqqətinin bariz nümunəsidir. Bu il də mükafatlandırma oldu və mən “Tərəqqi” medalına layiq görüldüm.
Builki 8 mart mənim üçün fərqli və yaddaqalan oldu. Martın 3-də mənə bir telefon zəngi gəldi: “Siz Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmusunuz”.
Sevincimin hədd-hüdudu yox idi. Əməyimə, ictimai fəaliyyətimə verdiyi yüksək qiymətə və mənə bu xoşbəxt anları yaşatdığına görə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına sonsuz təşəkkürümü bildirirəm. Allah onu Azərbaycan xalqının başından əskik etməsin.
Prezidentimizin mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam. Bundan sonra da iş fəaliyyətimi artıracağam. Bu mükafat işimə daha məsuliyyətlə yanaşmağı bir vəzifə kimi qarşıma qoyur. Xalqımızın gənc nəslinin təlim-tərbiyəsi bir vəzifə kimi biz müəllimlərə həvalə olunub. Vətənim üçün sağlam, vətənpərvər gənclərin yetişməsində əlimdən gələni əsirgəməyəcəyəm. Dövlətimə, xalqıma vicdanla xidmət etmişəm, edirəm və bundan sonra da edəcəyəm!

 

yuxarı ⤴