1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Xarici mətbuatdan
11.03.2017 / No9

 
 

 

 


Oksford Universiteti Parisdə kampus açır

Artıq fransızlara La-Manş boğazını keçərək dünyanın ən yaxşı universitetlərindən olan Oksforda yollanmağa ehtiyac qalmayacaq. Britaniyada nəşr olunan “The Daily Telegraph”-ın məlumatına görə, Böyük Britaniyanın nüfuzlu Oksford Universiteti Fransa paytaxtında universitet şəhərciyi açmağı planlaşdırır. Layihənin reallaşması təqdirdə Oksford son 700 il ərzində ilk dəfə xarici universitet şəhərciyi yaratmış olacaq. Bu, ölkə vətəndaşlarının və hökumətin Avropa Birliyinin tərkibindən çıxmaq qərarına cavab kimi qiymətləndirilir. “Le Figaro” nəşrinin yazdığına görə, yeni açılan kampus hüquqi cəhətdən Fransa statusu alacaq, buna görə də ali məktəb Avropa İttifaqından maddi yardımlar alacaq. Universitet rəsmiləri qeyd edirlər ki, “Oksford öz tarixi ərzində beynəlxalq universitet olub və dünyanın gələcək siyasi mənzərəsindən asılı olmayaraq bütün dünya üçün açıq ali məktəb kimi fəaliyyət göstərmək niyyətindədir”. Qeyd edək ki, Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmasına dair səsvermənin nəticələri əcnəbi tələbələrin sayına da təsir edib. Avropa İttifaqından olan abituriyentlərin sayı keçən il 45220 nəfər təşkil etdiyi halda, bu il 42070 nəfər (azalma 7%) olub.


Rusiyada dayaq universitetlərin sayı artır

Rusiyanın Təhsil və Elm Nazirliyi ölkədə dayaq universitetlərinin yaradılmasını davam etdirir. Bu layihə regionlarda hər şeydən əvvəl, yerli iqtisadiyyatın və əmək bazarının tələbatına cavab verən elm-təhsil mərkəzlərinin formalaşmasına yönəlib. Hər bir universitet regional hakimiyyət orqanları ilə birlikdə dayaq universitetinin inkişaf proqramını hazırlamalıdır. Layihədə universitet məzunlarının işlə təmin olunması göstəricilərinin yüksəldilməsi, elmi işçilərin nəşrolunma fəallığı və digər faktorlar əksini tapıb. Müsabiqənin birinci mərhələsi 2016-cı ildə keçib və nəticədə 11 dayaq universiteti yaradılıb. “Hər şeydən əvvəl bu proqram istedadlı uşaqlara öz bölgələrində keyfiyyətli ali təhsil almağa, regiona isə öz növbəsində, özünün kadr potensialını yüksəltməyə imkan verir. Proqram artıq regionların inkişafında öz effektivliyini göstərib və biz bu təcrübəni yaymaq niyyətindəyik”, - deyə təhsil və elm naziri O.Vasilyeva bildirib. Layihənin keçirilmə qaydalarına əsasən, müsabiqənin iştirakçısı istənilən federal dövlət ali məktəbi ola bilər. Layihə Rusiya aparıcı ali məktəblərinin rəqabətqabiliyyətinin yüksəldilməsi proqramının (5/100 layihəsi) reallaşdırılmasına cəlb olunmuş “federal universitet”, “milli tədqiqat universiteti” statusu almış ali məktəblərə şamil olunmur.
Müsabiqədə qalib gələcəyi təqdirdə universitetlər 3 ay ərzində dayaq universitetin 5 illik inkişaf proqramını hazırlayaraq Təhsil və Elm Nazirliyinə təqdim etməlidir.


Onlayn-bakalavriat kursuna start verilib

ABŞ-ın aparıcı ali məktəblərindən olan Pensilvaniya Universiteti proqram təminatının işlənib hazırlanması üzrə onlayn-bakalavriat kursuna start verib. Daha əvvəl isə ali məktəb sözügedən sahə üzrə distant magistr proqramına başlayıb. Bakalavr proqramına diskret riyaziyyat, statistika, proqramlaşdırma, metodologiya, dizayn, kompüter təhlükəsizliyi və başqa fənlər üzrə kurslar daxildir. Təlimin nəticəsi istehsal şirkətləri üçün proqram təminatının hazırlanması olacaq. Güman edilir ki, onlayn-proqramın məzunları istehsalçı, sistem analitiki və ya dizayner kimi işləyə biləcəklər. Təlim təxminən 6,5 min dollara başa gələcək - əlbəttə, bu heç də az məbləğ deyil, lakin əyani proqramlar daha bahadır.
Qeyd edək ki, ABŞ-ın dövlət ali məktəblərindən olan Pensilvaniya Universiteti ölkənin 15 ən yaxşı dövlət universitetlərinin siyahısına daxildir. Dünyanın ən innovativ ali məktəbləri sırasında olan universitet hər il öz sıralarına 44 000-dən çox tələbə qəbul edir. Böyük Britaniyanın "Times Higher Education" nəşrinin 2016-2017-ci tədris ili üçün reytinq sıralamasına görə, ali məktəb dünyanın 100 ən nüfuzlu universiteti arasında 13-cü yerdədir.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
xarici mətbuat materialları əsasında

yuxarı ⤴