1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Bakı Mühəndislik Universitetində “Multikulturalizm” jurnalının IV nəşrinin təqdimatı olub
11.03.2017 / No9

 

 

 


Bakı Mühəndislik Universitetinin Azərbaycan multikulturalizmi Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə martın 6-da “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının IV nəşrinin təqdimat mərasimi keçirilib. Tədbirdə jurnalın baş redaktoru Fəxri Uğurlu, baş redaktorun müavini Tahir Kazımlı, texniki direktoru Fuad Cəfərov, məsul katibi Taleh Eminoğlu və Azərbaycan Milli Tarix Muzeyinin elmi işçisi Əli Fərhadov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzin müdir müavini Ramin Səmədov millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə fəaliyyətə başlayan elm-tədris mərkəzi barədə tədbir iştirakçılarına məlumat verib. Təqdimat mərasimində çıxış edən jurnalın baş redaktoru Fəxri Uğurlu bildirib ki, jurnal ölkə Prezidentinin sərəncamı ilə nəzərdə tutulan tədbirlər planı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Yaradıcılıq Fondunun birgə səyi nəticəsində işıq üzü görüb. Fəxri Uğurlu jurnalın ölkəmizdə hökm sürən multikultural və tolerant ab-havaya töhfə vermək məqsədilə nəşr olunduğunu diqqətə çatdırıb. Baş redaktor həmçinin jurnalda dərc olunan yazılar barədə məlumat verib.
Çıxış edənlər Əli Fərhadov, universitetin kafedra müdiri, dosent Bilal Dədəyev, Elm-Tədris Mərkəzinin baş elmi işçisi, professor Minəxanım Təkləli və Bakı Mühəndislik Universitetində multikulturalizm fənnini tədris edən Turac Məmmədova və Fəridə Əliyeva jurnal haqqında öz fikirlərini ifadə edərək, multikulturalizmin Azərbaycan xalqının mədəniyyətində əsrlər boyu davam edən bir anlayış olduğunu diqqətə çatdırıblar. Tədbirin sonunda qonaqlar dinləyicilərin suallarını cavablandırıb, Elm-Tədris Mərkəzi ilə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Mətbuat xidməti
 

yuxarı ⤴