1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Hərbi-vətənpərvərlik mövzusunda tədbir
11.03.2017 / No9

 
 

 

 


Ölkəmizdə gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması dövlətin gənclərlə bağlı siyasətinin ən mühüm istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən kütləvi tədbirlər və təbliğat işləri bilavasitə yeniyetmə və gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsində, onlarda vətəndaşlıq hisslərinin yüksəldilməsində mühüm rol oynayır. Bu fikirlər Tovuz Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən gənclərdə hərbi-vətənpərvərlik hissinin artırılması ilə bağlı tədbirdə səsləndirilib. Təhsil şöbəsinin müdiri Validə Hüseynova çıxışında məktəblərdə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlərdən söz açıb. Qeyd olunub ki, məktəblərdə hərbi-vətənpərvərlik tərbiyəsinin düzgün qurulması nəticəsində son illər şagirdlərin hərbi məktəblərə marağı artıb. Belə ki, son 7-8 ildə 600-ə yaxın tovuzlu gənc ali hərbi məktəblərə və hərbi liseylərə qəbul olunub.
Sonra hərbi hazırlıq müəllimlərinə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görəcəkləri işlər barədə tövsiyələr verilib.
 

yuxarı ⤴