1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Novruzun gəlişi ilə bayram iməciliyi
11.03.2017 / No9

 
 

 

 


Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə Novruz bayramının gəlişi ilə əlaqədar “Hərəmiz bir ağac əkək” devizi altında iməcilik keçirilib. İməcilikdə V-XI sinif şagirdləri və müəllimlər iştirak edib. Məktəbin direktoru Mahir Zahidov iməcilikdə çıxış edərək qeyd edib ki, ağaclar təbiətin insanlara bəxş etdiyi heyrətamiz gözəlliyə malik və ibtidaidən aliyə qədər saysız-hesabsız canlının yaşayış məskəni olan təbii sərvətdir. Ağaclar planetimizin həyat mənbəyidir. Yer üzərində oksigenlə zəngin atmosfer havasının əmələ gəlməsində, su və maddələr dövranında, iqlim şəraitinin tənzimlənməsində ağacların rolu əvəzsizdir.
Daha sonra ağacların əkilməsinə start verilib. Eyni zamanda məktəbin həyətyanı sahəsi təmizlənib, digər ağacların dibi bellənib və sulanıb. Şagirdlər bu aksiyada böyük həvəslə iştirak edib. İməciliyin keçirilməsində məqsəd xalqımızın milli dəyərlərini qorumaq və gələcək nəsillərimizə ötürmək, eyni zamanda şagirdlərimizdə zəhmətə, əməyə olan sevgini artırmaq olub.

Hazırladı: Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴