1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Demə, Səməd Vurğun gəldi-gedərdi”
11.03.2017 / No9

 

 

 


Bakıdakı 247 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Güllü Əzizovanın təşkilatçılığı ilə dahi Azərbaycan şairi Səməd Vurğuna həsr olunmuş “Demə, Səməd Vurğun gəldi-gedərdi” mövzusunda ədəbi-bədii kompozisiya keçirilib.
Öncə şairin yaradıcılığından və onun azərbaycançılıq, vətənpərvərlik məfkurəsindən doğan qürur hissindən söhbət açılıb. Şairin öz səsi ilə təqdim olunan şeiri iştirakçıları çox təsirləndirib. Daha sonra söz şagirdlərə verilib. Onların ifasında şairin “Vaqif”, “Fərhad və Şirin” dramlarından, “Aygün” poemasından hazırlanmış səhnəciklər göstərilib. Doğma vətənlə, onun təbiəti, insan və onun əsrarəngiz duyğuları ilə bağlı şeirlər dinlənilib. Şagirdlərin çıxışları alqışlarla qarşılanıb. Dahi şairin əsərlərinin mötivləri əsasında hazırlanmış rəsm əsərləri, portretlər tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Tədbirdə Səməd Vurğunun ev-muzeyinin əməkdaşları çıxış edərək şagirdlərin məharətlə təqdim etdikləri şeir, mahnı və səhnəciklərin maraqlı olduğunu vurğulayıblar.
Məktəbin direktoru Nihal Hacıyeva şairin yaradıcılığından söz açaraq qeyd edib ki, Səməd Vurğun müasir və tarixi-əfsanəvi mövzularda əsərlər müəllifi kimi tanınıb. Şairin “Ölüm kürsüsü”, “Qız qayası”, “Dar ağacı”, “Ölən məhəbbət”, “Aslan qayası”, “Üsyan”, “Bəsti”, “Ayın əfsanəsi” və “Bulaq əfsanəsi” əsərləri bu qəbildəndir. Ana dilimizin şeiriyyət və ahəngini dərindən duyan şair ədəbiyyatla xalq arasında möhkəm bağlılıq yaradaraq özü də bu birliyin bayraqdarına çevrilib. Şairin poeziyası multikulturalizmə, tolerantlığa və birliyə çağırış himni kimi səslənir. Bu mütərəqqi tendensiyaları bədii irsində mükəmməl şəkildə birləşdirməyi bacaran Səməd Vurğun ürəklərdə özünə əbədi heykəl ucaldıb.
Tədbir ulu öndər Heydər Əliyevin ifasında “Azərbaycan” şeirinin videoçarxının nümayişi ilə sona çatıb.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴