1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
AzTU-nun tələbələri XIII Respublika universiadasının qalibləri sırasında
11.03.2017 / No9

 
 

 

 


Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri 2 komanda ilə XIII Respublika universiadasında iştirak ediblər. Yarışda AzTU-nu dama üzrə 4, şahmat üzrə isə 5 tələbə təmsil edib.
Dama oyununda birinciliyi əldə etmək üçün ümumilikdə ölkə üzrə universitetlərdən qatılan 15 komanda mübarizə aparıb. AzTU-nun tələbələri bu mübarizədə III yerə layiq görülüblər. I yeri Milli Aviasiya Akademiyasının, II yeri isə Tibb Universitetinin komandaları qazanıb.
Ölkə universitetlərindən 17 komandanın qatıldığı şahmat oyunlarında da AzTU-nun tələbələri xüsusi fəallığı ilə seçiliblər. Şahmat oyunlarında AzTU-nun komandası Azərbaycan Dövlət İqtisad Universitetinin komandasına məğlub olaraq ikinci yerdə qərarlaşıb. III yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri qazanıblar.
XIII Respublika universiadasında AzTU-nu məşqçi-müəllim Aydın Ağayevin rəhbərliyi ilə dama və şahmat oyunlarında xüsusi texnika və texnologiya, avtomatika və kompüter texnikası, həmçinin maşınqayırma və nəqliyyat fakültələrinin tələbələri təmsil ediblər.

Mətbuat xidməti
 

yuxarı ⤴