1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Narkomaniya ümumbəşəri bəladır”
11.03.2017 / No9

 

 

 


Bakıdakı 229 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səslənib. Məktəbin biologiya müəllimi Gülər Əmirovanın rəhbərliyi ilə keçirilən tədbirdə Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Müşfiq Aslanov, Nizami Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayan gənclərin işləri üzrə bölmənin rəisi, polis kapitanı Yaşar Həsənov, Nizami Rayon Polis İdarəsinin inspektoru, baş polis leytenantı Mehdi Seyidov, Narkoloji dispanserin həkim-narkoloqu Asif Kəngərli, Nizami Rayon Polis İdarəsinin veteranlar şurasının üzvləri Firdovsi Bayramov, Fərhad Bağırov iştirak ediblər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Fəridə Bağırova açaraq bildirib ki, ölkənin hər yerində narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyulub. Biz müasir dövrün ən qorxulu, ən böyük bəlalarından olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizədə bir olmalıyıq.
Tədbirin aparıcıları qeyd edib ki, narkomaniya ilə mübarizə həm də hər bir vətəndaşın mənəvi borcudur. Narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə milli-mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir.
Çıxış edənlər gənclərin asudə vaxtının səmərəli təşkilindən, idmançılarımızın qazandıqları uğurlardan danışıb, şagirdləri savadlı və sağlam vətən övladı olmağa səsləyiblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb. Narkomaniyanın fəsadları ilə bağlı videoçarx nümayiş olunub.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴