1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib
18.03.2017 / No10

 
 

 

 


Martın 11-də Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib. Olimpiadanın yarımfinal turu ölkənin 12 müxtəlif bölgəsindəki mərkəzlərdə-Naxçıvan MR, Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Lənkəran, Mingəçevir, Ucar, Xaçmaz, Şirvan, Şəki və İsmayıllıda keçirilib. 6000-ə yaxın şagirdin qatıldığı yarımfinal turunda rayon, şəhər mərhələsində 60 faiz və yuxarı nəticə göstərmiş şagirdlər iştirak ediblər.
Respublika mərhələsinin yarımfinal turunda şagirdlərə hər fənn üzrə 25 sual təqdim edilib. Nəticələrə əsasən fənn olimpiadalarının final mərhələsinə 534 şagird vəsiqə qazanıb.
Respublika fənn olimpiadalarının final mərhələsi aprel ayında keçiriləcək.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi yanvarın 15-də keçirilib. Bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib.

yuxarı ⤴