1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






SABAH qrupları tələbəsi Harvard Konfransında iştirak edib
18.03.2017 / No10

 
 

 

 


Bakı Dövlət Universitetinin SABAH qruplarında təhsil alan, beynəlxalq münasibətlər ixtisasının IV kurs tələbəsi Kamilla Nəbiyeva Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində İdarəçilik və diplomatiya mövzusunda keçirilən konfransda iştirak edib.
Konfransda “Samsung” şirkətinin vitse-prezidenti, Tom Lantos adına İnsan Haqları Komissiyasının, Harvard və Kolumbiya universitetlərinin professorları və bir çox tanınmış şirkətlərin nümayəndələri çıxış ediblər.
Konfransda qloballaşma, kiberdiplomatiya, miqrasiya və digər mövzular ətrafında müzakirələr aparılıb.
Kamilla Nəbiyeva və xarici iştirakçılar qrup şəklində (case study) Çinin vətəndaşların qeydə alınması üzrə dövlət sisteminə aid (hukou sistemi) sənəd hazırlayaraq təqdimatla çıxış ediblər.

www.edu.gov.az
 

yuxarı ⤴