1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 29.04.2017


 

 
ABŞ-ın Silikon Vadisinin investorları UNEC-də
18.03.2017 / No10

 

 

 


ABŞ-ın Silikon Vadisində yerləşən “Global Catalyst Partners” (GCP) şirkətinin sədri, vençur kapitalı sərmayədarı Kamran Elahianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-in rektoru, professor Ədalət Muradov qonaqlara rəhbərlik etdiyi universitetdə həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq imkanları, həmçinin bu ali məktəbdə yaradılan İnnovativ Biznes İnkubator barədə məlumat verib.
İnnovasiyanın İKT-də tətbiqi sahəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ortaq proqram əsasında ölkəmizdə səfərdə olduğunu bildirən Kamran Elahian UNEC-də yaradılan İnnovativ Biznes İnkubatorun fəaliyyətini müsbət dəyərləndirib. Görüşdə beynəlxalq ekspertlərin UNEC-ə cəlb edilməsi, birgə tədbirlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması, burada reallaşdırılan startap layihələrinin beynəlxalq çıxışlar əldə etməsi üçün dəstəyin göstərilməsi, o cümlədən tələbələrin Silikon Vadisinə turlarının təşkili barədə fikir mübadiləsi aparılıb.
Tələbələr ilə görüşdə Kamran Elahian startapları dayanıqlı biznesə çevirməyin yollarından danışıb, investorları startaplara necə cəlb etməyin sirlərini açıqlayıb. Eyni zamanda hansı ideyaların daha uğurlu startap ola biləcəyindən və inkubator mentorlarının fəaliyyətindən söz açıb.
Görüşdə UNEC-in İnnovativ Biznes İnkubatorunda fəaliyyət göstərən tələbə-startapçılar öz layihələri barədə danışıblar.
K.Elahian startapların real şirkətlərə çevrilməsi və vençur kapitalının bu sahəyə cəlb edilməsi imkanları barədə də məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
 

yuxarı ⤴