1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 14.06.2017

// 14.06.2017




 

 
Miqrantlara dəstək kursları ilə əlaqədar görüş keçirilib
18.03.2017 / No10

 

 

 


Moskvada Azərbaycan Texnologiya Universiteti (ATU) və Rusiya Xalqlar Dostluğu Universitetin (RUDN) rəhbərliyi arasında görüş keçirilib. ATU-nun rektoru, professor Akif Süleymanov, elm və texnika üzrə prorektor, dosent Səbuhi Yusifov və Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyevdən ibarət heyət əvvəlcə RUDN-in elmi kitabxanası və digər müxtəlif bölmələri ilə tanış olub.
Sonra iki ali təhsil ocağının rəhbərliyi arasında fikir mübadiləsi aparılıb, əməkdaşlığın mümkün istiqamətləri müzakirə olunub. RUDN-in elmi işlər üzrə prorektoru Nur Kirabayev universitet haqqında məlumat verib.
RUDN-in əlavə təhsil üzrə prorektoru Anjela Doljikova isə bildirib ki, universitet Rusiyanın miqrantların fəaliyyətinin tənzimlənməsi istiqamətində həyata keçirdiyi işlərdə mühüm rol oynayır. Belə ki, hazırda Federasiya ərazisində əmək fəaliyyəti ilə məşğul olan miqrantlar yaşamaq və işləmək icazəsi almaq üçün əvvəlcə rus dili, tarixi və mədəniyyəti, eləcə də Rusiya qanunvericiliyinə dair biliklərini təsdiq edən sənədlər əldə etməlidirlər. Məhz bu işin təşkilində RUDN-in nəzdindəki Miqrantların sertifikasiya mərkəzi əsas funksiyanı - təlim kurslarının təşkili və sertifikat imtahanlarının verilməsi vəzifəsini icra edir. Eyni zamanda bu prosesdə fəal iştirak edən miqrantlarla iş mərkəzləri RUDN tərəfindən akkreditasiya olunur. Burada əsas məqsəd həm Rusiyada sənədləşmə və iş tapmaqla bağlı çətinliklərlə üzləşən miqrantlara dəstək olmaq, həm də ölkənin müxtəlif peşə biliklərinə malik işçilərə olan tələbatını ödəməkdir. Ancaq bu proses müəyyən vaxt tələb etdiyindən artıq Rusiyaya gəlmiş miqrantlar üçün əlavə çətinliklər yaradır. Ona görə də bu prosesin tərəfdaş ali təhsil müəssisələri ilə birgə ən çox miqrant gələn ölkələrdə təşkili daha məqsədəuyğun olardı.
ATU-nun rektoru, professor Akif Süleymanov qeyd edib ki, Azərbaycanda bu işin rəhbərlik etdiyi universitet tərəfindən həyata keçirilməsi üçün hər cür şərait mövcuddur. Bununla bağlı artıq ilkin araşdırmaların da aparıldığını deyən rektor bildirib ki, ATU həm RUDN-in proqramları əsasında Rusiyaya getmək istəyənlər üçün müvafiq sertifikat imtahanlarını keçirə, həm də zəruri peşə istiqamətləri üzrə sürətləndirilmiş təlim kursları təşkil edə bilər. Bu kurslar nəticəsində verilən sertifikat və diplomlar isə Azərbaycan və Rusiyanın müvafiq dövlət qurumları tərəfindən tanınacaq.
Görüşün sonunda ATU ilə RUDN arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Mətbuat xidməti
 

yuxarı ⤴