1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Tələbələr Duzdağ Fizioterapiya Mərkəzində olublar
18.03.2017 / No10

 
 

 

 


“Naxçıvan” Universitetində yaradılmış Turizm və İnformasiya Mərkəzinin təşkilatçılığı ilə beynəlxalq münasibətlər və coğrafiya ixtisaslarının II və I kurs tələbələri Duzdağ Fizioterapiya mərkəzində olmuşlar. Universitetin Turizm və İnformasiya Mərkəzinin rəhbəri Şahnaz Məmmədova və təbiət elmləri kafedrasının müəllimi Nazim Bababəyli bildiriblər ki, Naxçıvanda turizmin bir çox sahəsinin inkişafı üçün əsaslı məkanlar var. Belə məkanlardan biri də sağlamlıq turizminin inkişafı baxımından əhəmiyyətli olan Duzdağ Fizioterapiya Mərkəzidir. Dağın altına doğru 300 metr uzanan və divarları duz qayaları ilə örtülü “Duzdağ” Fizioterapiya Mərkəzinin dünyada bənzəri yoxdur. Buraya gələnlər təxminən bir həftə gecələri duz mağarasında keçirdikdən sonra yenidən sağlamlıqlarına qovuşurlar. Sovetlər dövründə SSRİ-nin rəhbər şəxslərinin əksəriyyəti bu mağarada şəfa tapmışdır. Hətta rus çarlarının belə buraya müalicə üçün gəldiyi deyilir. Turistlərin marağına səbəb olan bu möcüzəvi yer sadəcə xarici turistlərin deyil, eləcə də yerli turistlərin də üz tutduğu ünvanlardan biridir.
Sonda tələbələr Fizioterapiya Mərkəzi ilə tanış olmuş, onlara ətraflı məlumat verilmişdir.

Nuray ƏSGƏROVA

 

yuxarı ⤴