1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Aqrar Universitetində telemüşavirə keçirilib
18.03.2017 / No10

 
 

 

 


ADAU-nun aqronomluq fakültəsində üzümçü-alim, professor Famil Şərifovun adını daşıyan auditoriyada MDB ölkələrində fəaliyyət göstərən 10-a yaxın aqrar universitetin iştirakı ilə “Qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti” mövzusunda telemüşavirə keçirilib.
ADAU-nun mətbuat xidmətinin xəbərinə görə, telemüşavirədə təhsil müəssisəsinin baytarlıq təbabəti və zoomühəndislik, əczaçılıq və BSE, epizootologiya, mikrobiologiya və parazitologiya, heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası, eləcə də aqrotexnologiya fakültəsindən qida məhsulları mühəndisliyi və ekspertizası kafedrasının əməkdaşları, magistrlər iştirak ediblər. Qarşılıqlı dialoq şəklində davam edən müşavirədə dünyada ən aktual problem olan qida təhlükəsizliyi və keyfiyyəti məsələsi ətraflı müzakirə edilib, dəyərli təkliflər, fikirlər səsləndirilib. Problemin həlli üçün MDB məkanında bu sahənin alimlərinin birgə fəaliyyətinin vacibliyi xüsusi vurğulanıb.
Telemüşavirə həm də ixtisasartırma funksiyasını yerinə yetirib və Timiryazev adına Rusiya Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə təşkil olunub.

Mətbuat xidməti
 

yuxarı ⤴