1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Gəncə Dövlət Universitetinin baza məktəblərində görüş keçirilib
18.03.2017 / No10

 

 

 


Orta təhsil müəssisələri ilə əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələrin təbliği məqsədilə rektor, professor Yusif Yusibovun 7 mart 2017-ci il tarixli əmrinə əsasən Gəncə Dövlət Universitetində işçi qrupu yaradılıb. İşçi qrupu ilkin olaraq universitetin baza məktəblərindən olan Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 və M.Mehdizadə adına 4 nömrəli tam orta məktəblərin pedaqoji kollektivləri və XI sinif şagirdlərinin iştirakı ilə tədbir keçirib. Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev çıxışında özünün, həmçinin müəllim kollektivinin 80 faizinin Gəncə Dövlət Universitetinin məzunu olduğunu vurğulayıb, şagirdlərə də bu ənənəni davam etdirməyi tövsiyə edib.
Təcrübə və karyera şöbəsinin müdiri, dosent Mahir Məmmədov universitetin tarixi və burada fəaliyyət göstərən fakültə və ixtisaslar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, universitetin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibovun rəhbərliyi ilə son illərdə universitetin maddi-texniki bazası genişlənib. 5 tədris binası, kitabxana, açıq və qapalı tipli idman zalları, müxtəlif istiqamətli tədris və elmi-tədqiqat laboratoriyaları, yüksək sürətli internetlə təmin olunmuş kompüter otaqları, ixtisaslaşdırılmış auditoriyalar, fənn kabinetləri, hər fakültənin nəzdində tələbələrin ictimai fəaliyyətinin inkişafı üçün nəzərdə tutulmuş “Gənclər otağı” tələbələrin istifadəsindədir. Universitetin bütün tədris binaları arasında fiber-optik kabel vasitəsi ilə korporativ şəbəkə qurulub və geniş zolaqlı internetlə təmin edilib. Universitetdə təhsil alan hər bir tələbə yüksək səviyyədə bilik əldə etməklə yanaşı, asudə vaxtlarını da səmərəli keçirə bilir.
Qeyd olunub ki, qərb regionu üzrə ilk dəfə olaraq İELTS imtahanları Gəncə Dövlət Universitetində təşkil edilib. İELTS imtahanlarında müsbət nəticə əldə edən tələbə və məzunlar Avropa universitetlərində təhsil almaqla yanaşı, xarici ölkələrdə əmək fəaliyyəti ilə də məşğul ola bilərlər.
Beynəlxalq əlaqələri getdikcə inkişaf edən universitet Horizon-2020 və YÖS proqramlarında fəal iştirak edir. İstanbul Universiteti ilə bağlanılan müqavilə əsasında Gəncə şəhərində 29 aprel 2017-ci il tarixdə Türkiyə Respublikasının 100-dən artıq universitetində təhsil almaq istəyən abituriyentlər üçün qəbul proqramı olan YÖS imtahanları təşkil ediləcəkdir.
Görüşlərdə vurğulanıb ki, universitet tərəfindən ardıcıl olaraq orta məktəb şagirdləri üçün fənn olimpiadaları, ekskursiyalar, müxtəlif xarakterli yarışlar və tədbirlər keçirilir.
Çıxış edən şagirdlər görüş üçün minnətdarlıqlarını və gələcəkdə ali təhsil almaq üçün Gəncə Dövlət Universitetini seçəcəklərini bildiriblər.
Çıxışlardan sonra universitetin həyatını əks etdirən videomateriallar nümayiş etdirilib, şagirdlərə bukletlər, universitetlə bağlı suvenirlər hədiyyə edilib.
Sonda xatirə şəkilləri çəkilib.

Mətbuat xidməti

 

yuxarı ⤴