1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Səfir Bakı Mühəndislik Universitetində olub
18.03.2017 / No10

 

 

 


Ölkəmizin Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Zeynalov Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədovla görüşüb.
Görüşdə məqsəd Bakı Mühəndislik Universiteti ilə Türkmənistanda fəaliyyət göstərən universitetlər arasında əlaqələrin genişləndirilməsidir.
Bakı Mühəndislik Universitetində baş tutan görüşdə professor Havar Məmmədov qonağa rəhbərlik etdiyi ali məktəbin ölkəmizdə mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsi və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yarandığını bildirib.
Qeyd edib ki, Bakı Mühəndislik Universitetinin məqsədi Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsinə əsasən mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərinin təşkili, innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirməkdir.
Görüşdə səfir Həsən Zeynalov bu gün Azərbaycanla Türkmənistan arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirib. Səfir çıxışında Azərbaycanın nüfuzlu ali məktəbində olmaqdan qürur duyduğunu, Türkmənistanın bir çox elm mərkəzlərinin Bakı Mühəndislik Universiteti ilə əlaqələr qurmaq istədiklərini dilə gətirib. Türkmənistandan Bakı Mühəndislik Universitetində 10 tələbənin təhsil aldığını deyən səfir, onlara burada yüksək təhsil almaları üçün hər cür şəraitin yaradıldığından məmnun olduğunu söyləyib.

Mətbuat xidməti
 

yuxarı ⤴