1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






ADNSU-da memorandum imzalanıb
18.03.2017 / No10

 
 

 

 


Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Gürcüstanın Beynəlxaq Qafqaz Universitetinin rektoru və Universitet Rektorları Beynəlxalq Assosiasiyasının prezidentı Kaxa Şengeliya ilə görüş keçirilib. Tədbirdə Azərbaycan və Gürcüstan arasında təhsil sahəsində genişlənən əməkdaşlıq, eləcə də yeniliklərin tətbiqi məsələləri müzakirə olunub. ADNSU-da həyata keçirilən yeniliklər və tədris prosesi haqqında qonağa geniş məlumat verən rektor, professor Mustafa Babanlı Azərbaycanla Gürcüstan arasında təhsil əlaqələrinin genişləndirilməsinin, Gürcüstanda olan təhsillə əlaqəli yeniliklərin ölkəmizdə tətbiq edilməsinin və birgə layihələrin həyata keçirilməsinə dəstək verilməsinin əhəmiyyətini qeyd edib.
“Bizim Gürcüstanın Beynəlxaq Qafqaz Univesiteti ilə əməkdaşlıq edə biləcəyimiz sahələr çoxdur. Biz bir çox sahələrdə birgə layihələr hazırlaya bilərik. Qafqaz Universitetinin bu sahədə kifayət qədər təcrübəsi var”, - deyə ADNSU-nun rektoru, professor M.Babanlı bildirib.
Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında görüş iştirakçılarına ətraflı məlumat verən Gürcüstanın Qafqaz Universitetinin rektoru K.Şengeliya Azərbaycanla Gürcüstanın artan əməkdaşlıq istiqamətləri içərisində təhsilin xüsusi yer tutduğunu qeyd edib. Rektor bildirib ki, bu əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurmaq olduqca mühüm əhəmiyyət kəsb edir. Gürcüstan ali məktəblərində tətbiq olunan yeniliklərdən söz açan rektor K.Şengeliya öz təcrübələrindən və tədrisdə tətbiq olunan innovativ layihələrdən danışıb.
Tədbirdə universitetlərin tanıdılması istiqamətində layihələrin həyata keçirilməsinin əhəmiyyətindən söz açılıb. Həmçinin, dünyanın 100-dən çox universitetinin qoşulduğu Universitet Rektorları Beynəlxalq Assosiasiyasının növbəti iclasının 2018-ci ildə Azərbaycanda keçirilməsi müzakirə olunub.
Tədbirin sonunda tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Mətbuat xidməti
 

yuxarı ⤴