1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib
18.03.2017 / No10

 
 

 

 


Martın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Gürcüstan Respublikasının Qafqaz Universitetinin rektoru, Beynəlxalq Universitetlər Assosiasiyasının prezidenti Kaxa Şengeliya ilə görüşüb. Görüşdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə iştirak edib.
Rektor Cəfər Cəfərov görüş zamanı rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək bildirib ki, ADPU-nun tərkibində 5 filial və Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) fəaliyyət göstərir. Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb isə ADPU-nun baza məktəbidir. Tədris 4 korpusda aparılır. ADPU-nun 20 minə yaxın tələbəsi var.
Rektor universitetin fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, yeniliklər, layihələr və beynəlxalq əlaqələr barədə danışıb.
Qafqaz Universitetinin rektoru, Beynəlxalq Universitetlər Assosiasiyasının prezidenti Kaxa Şengeliya səmimi və qonaqpərvər münasibətdən məmnun qaldığını bildirərək Beynəlxalq Universitetlər Assosiasiyası barədə məlumat verib. Bildirib ki, Beynəlxalq Universitetlər Assosiasiyası 1965-ci ildə Birləşmiş Millətlər Təşkilatının yanında yaradılıb. Dünyanın 200-dən çox qabaqcıl və nüfuzlu universiteti bu Assosiasiyanın üzvüdür. Assosiasiyanın əsas mərkəzləri ABŞ-ın Nyu-York şəhərində və Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşir. Kaxa Şengeliya rektor Cəfər Cəfərovu Beynəlxalq Universitetlər Assosiasiyasının 5-8 iyul 2017-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək toplantısına dəvət edib.
Görüşdə ali təhsil sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, ali təhsilin yeni keyfiyyət standartları, intellektual resurslardan səmərəli istifadə və gələcəkdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Sonda xatirə şəkli çəkdirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
 

yuxarı ⤴