1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Milli Teatr Günü münasibətilə “SABAH” qrupu tələbələri mükafatlandırılıb
18.03.2017 / No10

 
 

 

 


Milli Teatr Günü münasibətilə “Səda” Tədris Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” qrupu aktyor sənəti III kurs tələbələrinin ifasında M.F.Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyası tamaşaçılara təqdim olunub.
Tamaşa kurs rəhbəri, əməkdar artist, rejissor Nofəl Vəliyev, səhnə danışığı kafedrasının müəllimi, dosent Nadir Hüseynov və dram teatrı və kino aktyoru kafedrasının müəllimi Ruslan İsmayılovun təşəbbüsü nəticəsində tələbələrlə birgə hazırlanıb. “Səda” Tədris Teatrı kino və televiziya fakültəsinin, Tələbə Həmkarlar İttifaqı Komitəsi rəssamlıq fakültəsinin tələbələrini teatrın fəaliyyətində yaxından iştirakına görə YAP Gənclər Birliyi və “Elm çırağı” İctimai Birliyi “SABAH” qrupları III kurs aktyor sənəti və teatr sənəti fakültəsinin istedadlı tələbələrini aktyorluq məharətinə görə fəxri fərman və diplomlarla təltif ediblər. Tamaşanın sonunda universitetin rektoru, əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva tələbələri təbrik edib və gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Mətbuat xidməti
 

yuxarı ⤴