1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Gənc istedadlar” liseyində akademik Vasim Məmmədəliyevlə görüş keçirildi
18.03.2017 / No10

 

 

 


Martın 16-da Bakı Dövlət Universitetinin nəzdindəki “Gənc istedadlar” liseyində görkəmli şərqşünas alim, BDU-nun ilahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri, akademik Vasim Məmmədəliyevlə görüş keçirildi. Görüşdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı, BDU-nun əməkdaşları, valideynlər və KİV nümayəndələri də iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru, professor Qasım Hüseynov görkəmli alimin həyat və fəaliyyəti haqqında danışdı. Alimin Azərbaycanda şərqşünaslıq elminə verdiyi töhfələrdən söz açdı. Nəzərə çatdırdı ki, Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. Bundan başqa, alimin yüzlərlə elmi məqaləsinin dünyanın bir çox ölkələrində nəşr edildiyini diqqətə çatdırdı.
Görüşdə ilahiyyat fakültəsinin islam elmləri kafedrasının baş müəllimi Aqil Şirinov “Akademik Vasim Məmmədəliyevin elmi, pedaqoji və ictimai fəaliyyəti” mövzusunda məruzə etdi.
BDU-nun professoru Əyyub Əzizov, liseyin tarix müəllimi Nuru Məmmədov tədbirdə çıxış edərək alimin dünya elminə verdiyi töhfələrdən danışdılar.
Sonda akademik Vasim Məmmədəliyev liseyin müəllim və şagirdlərini maraqlandıran sualları cavablandırdı.

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴