1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






BSU nəzdində Məktəb-Lisey Kompleksində “Açıq qapılar günü”
18.03.2017 / No10

 

 

 


Martın 15-də Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində yeni təlim texnologiyalarıının və yanaşmaların, eləcə də fənn kurikulumlarının tətbiqi vəziyyətinin öyrənilməsi və qiymətləndirilməsi məqsədilə “Açıq qapılar günü” keçirilib. Tədbir çərçivəsində təşkil olunan “açıq dərs”lər və təqdimatlarda universitet kafedralarının professor-müəllim heyəti, müvafiq şöbələrin mütəxəssisləri, valideynlər, təcrübəçi tələbələr, metodist müəllimlər, rayon məktəblərinin müəllimləri iştirak ediblər.
“Açıq qapılar günü”ndə kompleksdə müxtəlif fənlər (Azərbaycan dili, tarix, coğrafiya, rus dili, ingilis dili, biologiya, riyaziyyat) üzrə və ibtidai siniflərdə 15 dərs dinlənilib.
Tədbirin sonunda dərs-təqdimatların hər birinin geniş müzakirəsi təşkil olunub, fikir mübadiləsi aparılıb. Qonaqlar eyni zamanda Novruz bayramı münasibətilə düzənlənmiş şagirdlərin əl işləri sərgisi ilə tanış olublar.

Mətbuat xidməti
 

yuxarı ⤴