1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 29.04.2017


 

 
Elm xəbərləri
18.03.2017 / No10

 
 

 

 


Gözəgörünməz robot hazırlanıb

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları parametrlərinə görə digər materiallardan fərqlənən hidrogelin yeni növünü yaratmağa müvəffəq olublar. Yeni materialın imkanlarının nümayişi üçün tədqiqatçılar akvariumda kiçik balıqları tutmaq və saxlamaq imkanına malik şəffaf gözəgörünməz robot istehsal ediblər. www.dailytechinfo.org  saytının məlumatına görə, gözəgörünməz robotlarda hidrogelli gövdə şəbəkə vasitəsilə müəyyən konfiqurasiyaya malik boşluğa daxil edilib. Hidravlik sistem boşluqların müəyyən seksiyalarına su yığmaq üçün təşkil edilib. Doldurulmuş və boş seksiyaların kombinasiyaları robotun bədənini müəyyən yolla sıxmağa və digər hərəkətlər etməyə imkan verir. “Robotu suda görmək mümkün deyil, çünki o, özü 99 faiz sudan ibarətdir. Bərk materialdan istehsal edilmiş istənilən manipulyatordan fərqli olaraq robot balığı onun kövrək gövdəsinə ən kiçik zərər belə yetirmədən tuta və saxlaya bilər”, - professor Xuanhe Jao bildirib.
Bundan başqa, hidrogelli robot bioloji cəhətdən pasiyentin bədəninə tam uyğun olan təbii materialdan istehsal edilə, həmçinin təbii maye ilə doldurula bilər ki, bu da insanın orqanlarının işinə əvəzolunmaz kömək göstərər.

Yeni əməliyyat sistemi təqdim olunub

Proqramçı Kevin Lencinin rəhbərlik etdiyi mütəxəssislər qrupu yeni əməliyyat sistemini təqdim edib. “ToaruOS” adlanan platformanın əsasını “Linux” nüvəsi təşkil edir və sistem “C+” dilində yazılıb.
www.dni24.com  saytının məlumatına görə, bu sistem üçün artıq çox sayda optimallaşdırılmış proqram təminatı və oyunlar mövcuddur. Platformanı hər kəs yükləyərək quraşdıra bilər.
Hazırda sistemin stabil işi təmin olunub və yaxın zamanda sistem yaradıcıları aşkarlanan səhvləri düzəltmək və ümumilikdə işi yaxşılaşdırmaq məqsədilə yenilənmə təqdim etməyi planlaşdırırlar.
“ToaruOS” təkcə standart fərdi kompüterdə deyil, həm də smartfon və planşetlər vasitəsilə dəstəklənir. Əsas fərqləndirici cəhəti elastikliyində olan sistemi geniş istifadəçi ehtiyaclarına uyğun quraşdırmaq mümkündür.
“ToaruOS” üçün tətbiq və oyunların əksər hissəsi “Python” proqramlaşdırma dili vasitəsilə yaradılıb. Əvvəlcə sistem tədris materialı kimi yaradılsa da, sonradan onun tam proqram məhsulu şəklinə salınması qərara alınıb.

Dünyada ən sürətli yaddaş kartı

“Sony” şirkəti SF-G UHS-II SD-yaddaş kartlarını təqdim edərək onları “dünyada ən sürətli” adlandırıb. Oxuma və yazma sürəti müvafiq olaraq 300 MB/s və 299 MB/s təşkil edir. 32, 64 və 128 QB həcmli kartlar zərbə, temperatur fərqi, su və rentgen şüasının təsirlərinə dözümlü korpusdan ibarət olacaq.
www.itc.ua  saytının məlumatına görə, SF-G standart kartrider (card reader) vasitəsilə fərdi kompüterə qoşulduqda məlumatların ötürülməsinin yüksək göstəricilərini əldə etmək mümkün olmayacaq. Bu səbəbdən Sony USB W - S1 qadcetindən USB 3.1 formatının dəstəyilə istifadə etmək tövsiyə edilir.
Yeni SD-kartlar yüksək təsvir ölçüsünə malik foto və videoların çəkildiyi texnikalarda tətbiq ediləcək. SF-G UHS-II-nin satışlarına bu ilin martında başlanılacaq. Onun təxmini qiymətinin nə qədər olacağı hələlik məlum deyil.

www.ikt.az  saytının materialları
əsasında hazırladı: Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”
yuxarı ⤴