1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Həyat bilgisindən dərs nümunəsi
18.03.2017 / No10

Şəkil 1

 

Cədvəl 1

 

Cədvəl 2


Aynur CƏFƏROVA,
“Unikal-1” MMC-nin təlimçisi, Mingəçevir şəhər Dilqəm Nağıyev adına 9 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

Fənn: Həyat bilgisi
Sinif: V
Mövzu: Mənəvi borc
Standart : 3.2.2. Mənəvi borcun əhəmiyyətini izah edir.
3.2.1.Əxlaq və davranışlara təsir edən amilləri fərqləndirir.
Məqsəd:
1. Cəmiyyət qarşısında mənəvi borcun əhəmiyyətini izah edir.
2. Mənəvi borcun təbiət, ailə, cəmiyyət, dövlət qarşısında əhəmiyyətini izah edir.
3. Əxlaq və davranışlara təsir edən amilləri fərqləndirir.
İnteqrasiya: 1.1.4 Ədəbiyyat
İş forması: kollektiv iş, qruplarla iş.
İş üsulu: beyin həmləsi, müzakirə, klaster
Resurslar: Dərslik, iş vərəqləri, videoçarx.
Motivasiya: Şagirdlərdən borcları olub-olmadığı soruşulur. Sonra Ə.Kərimin “ Qaytar ana borcunu” şeiri səsləndirilir. Şeir parçasında hansı borcdan söhbət getdiyi müzakirə olunur. Şagirdlər müzakirələr nəticəsində mövzunun adını aşkara çıxarırlar. Daha kimlərə və nələrə qarşı mənəvi borcumuzun olduğu müzakirə edilir və slaydlar nümayiş olunur. (Şəkil 1)
Tədqiqat sualı: İnsanın kimlər qarşısında hansı mənəvi borcu var?
Tədqiqatın aparılması: Şagirdlər 5 qrupa ayrılır. Qruplara tapşırıqlar verilir.
Qrup 1. “Ailə” qrupu
1. “Ailə qarşısında borc” dedikdə nəyi başa düşürsünüz?
2. Ailə haqqında hansı atalar sözünü bilirsiniz?
Qrup 2. “Cəmiyyət” qrupu
1. “Cəmiyyət qarşısında borc” dedikdə nəyi başa düşürsünüz? Fikrinizi əsaslandırın.
2. Dostluq, yoldaşlıq haqqında hansı atalar sözünü bilirsiniz?
Qrup 3. “Dövlət” qrupu
1. “Vətən qarşısında borc” dedikdə nəyi başa düşürsünüz? Fikrinizi əsaslandırın.
2. Vətən haqqında hansı atalar sözünü bilirsiniz?
Qrup 4. “Təbiət” qrupu
1. “Təbiət qarşısında borc” dedikdə nəyi başa düşürsünüz? Fikrinizi əsaslandırın.
2. Təbiət, torpaq haqqında hansı atalar sözünü bilirsiniz?
Qrup 5.
1. “Məktəb qarşısında borc” dedikdə nəyi başa düşürsünüz? Fikrinizi əsaslandırın.
2. Elm, bilik haqqında hansı atalar sözünü bilirsiniz?
Məlumatın mübadiləsi və müzakirəsi. Qrup liderləri öz təqdimatlarını edirlər. Təqdimatlar müzakirə olunur.
Nəticə və ümumiləşmə.
1. Şagirdin mənəvi borcu haqqında biz nə öyrəndik?
2. Bu borc kim qarşısında nə üçün yerinə yetirilməlidir?
3. Vətəndaşlıq borcu haqqında biz nəyi öyrəndik?
4. Vətəndaş cəmiyyətdə qəbul olunmuş qaydaları pozsa, nə baş verə bilər? (Cədvəl 1,2 )

Ev tapsırığı: Jurnallardakı şəkillərdən, rəngli karandaşlardan istifadə edərək “Vətənimizlə fəxr edirəm” adlı foto-albom hazırlayın.
 

yuxarı ⤴