1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“Şahin” hərbi-idman oyunlarına ciddi hazırlıq işləri gedir
18.03.2017 / No10

 
 

 

 


Bakıdakı 54, 61, 242 nömrəli tam orta məktəblərdə “Şahin” hərbi-idman oyunlarına ciddi hazırlıq işləri gedir. Hərbi-idman oyunlarının keçirilməsində məqsəd gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərməkdir. Biz bununla əlaqədar bir neçə paytaxt məktəbləri ilə əlaqə saxladıq. 54 nömrəli tam orta məktəbin direktoru Sahibə Abbasova bildirib ki, gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən Ceyhun Salmanov bu tədbirin təşkilində fəal iştirak edir. Çünki gənclərin çağırışaqədərki hazırlığı məşğələlərində fənnin məzmununa uyğun fiziki, riyazi, coğrafi və s. xarakterli hərbi çalışmalardan daha səmərəli istifadə məktəbdə tərbiyə və təhsilin ümumi məsələlərinin həllində də böyük əhəmiyyətə malikdir. Bu məsələnin həlli yalnız hərbi işin əsaslarının daha şüurlu və möhkəm mənimsənilməsinə deyil, eyni zamanda digər həyat hadisələrinin gedişində şagirdlərə qazandıqları biliklərdən daha düzgün və səmərəli formada istifadə etməyə kömək göstərir.
61 nömrəli tam orta məktəbin direktoru Zenfira Şıxəliyeva qeyd edib ki, gənclərin çağırışaqədərki hazırlığı müəllimi Əli Əhmədovun rəhbərliyi altında qarşıdakı “Şahin” hərbi-idman oyunları yarışında qalib çıxmaq üçün şagirdlər arasında məşqlər davam edir. Dərslərdə ümumtəhsil fənləri üzrə biliklərə istinadən hərbi anlayışları öz aralarında müqayisə etmək bacarığı aşılanır, bu bilik və bacarığın mənimsənilməsi prosesinə nəzarət olunur, nöqsanlar müəyyənləşdirilib aradan qaldırılır. Möhkəm hərbi bilik əldə edən şagirdlər müvafiq hərbi anlayışları həm öz aralarında, həm də onları digər fənlərdə öyrədilən anlayışlarla müstəqil şəkildə müqayisə etmək bacarığına yiyələnirlər.
242 nömrəli tam orta məktəbin direktoru Arif Rəsulov da gənclərin hərbi vətənpərvərlik tərbiyəsində “Şahin” hərbi-idman oyunlarının böyük rolunu qeyd edib. Böyük uğur qazanmaq üçün ilk gündən məktəbdə işlərin yaxşı təşkil olunduğunu bildirib.

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴