1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
19.03.2016/№11

 
 


Doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 

ƏMR EDİRƏM:


1. Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı 2016-cı ilin 24-25 may tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilsin.

2. Konfransın Təşkilat komitəsinin tərkibi və Əsasnaməsi təsdiq edilsin (əlavə 1 və 2).

3. Ali təhsil müəssisələrinin rektorları doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin 2016-cı il 11 aprel tarixinədək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə təqdim edilməsini təmin etsinlər.

4. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru (M.Babanlı):

4.1. Konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratsın.

4.2. Konfransın proqram və materiallarının nəşr edilməsini təmin etsin.

5. Elm, ali və orta ixtisas təhsil şöbəsi (Y.Piriyev) konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etsin.

6. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, çoxaldılıb ali təhsil müəssisələrinə göndərilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.
 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
14 mart 2016-cı il

 

yuxarı ⤴