1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Rəsmi xronika
01.04.2017 / No11

 
 

 

 


* Martın 31-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirib. Dövlət başçısı görüşdə çıxış edib.

* Prezident İlham Əliyev martın 30-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Martın 29-da ölkə başçısı İlham Əliyev BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birreli və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzu qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonunda səfərdə olub. Səfər zamanı ölkə başçısı İlham Əliyev bir sıra obyektlərin, Heydər Əliyev Fondu tərəfindən Saatlıda inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışlarında iştirak edib, rayonun Qıraqlı kəndi ərazisində fermer Humay Məmmədovanın pambıq sahəsi ilə tanış olub. Həmin gün Saatlıda Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Dövlət başçısı müşavirədə giriş və yekun nitqi söyləyib.

* Martın 27-də dövlət başçısı İlham Əliyev Ceyhun Vaqif oğlu Şadlinskiyə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi, bir qrup əməkdaşının orden və medallarla təltif edilməsi haqqında müvafiq sərəncamlar imzalayıb.

 

yuxarı ⤴