1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə start verilir
01.04.2017 / No11

 

 

 


Martın 30-dan IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinə start verilib.
Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən yarışların təşkil edilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.
Yarışlar 11 idman növü - sərbəst güləş, yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə iki mərhələ olmaqla 6 zonada keçiriləcək. Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir.
İdman növləri üzrə şəxsi yarışlarda və komanda hesabında I, II, III yerləri tutanlar diplom və medallarla, hədiyyələrlə təltif olunacaqlar.
Yarışlar aprelin 26-da başa çatacaqdır.
 

yuxarı ⤴