1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Ümumi təhsilin Dövlət Standartları”nın layihəsi hazırlanıb
01.04.2017 / No11

 

 

 


Aydın Əhmədov: “Çalışırıq ki, standartlar şagirdlərin ümumi potensialına uyğun olsun”

“Ümumi təhsilin Dövlət Standartları”nın layihəsi hazırlanıb. Çalışırıq ki, standartlar şagirdlərin ümumi potensialına uyğun olsun”. Bu sözləri jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib. Şöbə müdiri qeyd edib ki, 2006 və 2010-cu illərdə Nazirlər Kabineti mühüm qərar qəbul edərək “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədini təsdiq edib. 2010-cu ildə qəbul edilən sənəd əvvəlki sənədlə müqayisədə xeyli təkmilləşdirilib və onun formatı 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunlaşdırılıb. 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da mövcud təhsil stardartlarının, fənn kurikulumlarının daha da təkmilləşdirilməsi, səriştəyə yönəlik kurikulumların yaradılması çox vacib hədəf kimi qarşıya qoyulub. Bu tələbə uyğun olaraq artıq “Ümumi təhsilin Dövlət Standartları”nın layihəsi hazırlanıb və yaxın vaxtlarda təsdiqə təqdim olunacaq.
Aydın Əhmədov qeyd edib ki, sənəd hazırlanarkən təkliflər verilib və təhlillər aparılıb, təhsil mütəxəssisləri, məktəb direktorları, müəllimlərin rəyləri öyrənilib: “Məqsədimiz ondan ibarətdir ki, standartlar şagirdlər üçün əlçatan, onların ümumi potensialına uyğun olsun. Onu da qeyd edim ki, həmin standartlar əsasında hazırlanacaq fənn kurikulumlarının da yeni formatı müəyyən olunur. Yeni formata əsasən, fənn kurikulumlarında nəzərdə tutulan məzmun standartlarının mahiyyəti və əhəmiyyəti də açıqlanacaq. Bundan başqa, müəllim, valideyn və dərslik müəllifləri üçün tövsiyələr nəzərdə tutulacaq”.

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴