1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Azərbaycan Dillər Universitetində Çin dili üzrə ixtisas imtahanları
01.04.2017 / No11

 

 

 


Çin dili üzrə rəsmi sınaq mərkəzi sayılan Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ilk dəfə Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanları keçirilib. Bir neçə səviyyədən ibarət olan test imtahanları Çin dili bilgisi olmayan şəxslərin bu dil üzrə standart ixtisas imtahanıdır.
İmtahan iştirakçılarının böyük əksəriyyəti ADU və digər ali təhsil müəssisələrinin tələbələri, həmçinin Konfutsi İnstitutunun dinləyiciləri olub.
Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov qeyd edib ki, HSK/HSKK imtahanlarının müvəffəqiyyətlə keçirilməsi və beynəlxalq sertifikatın alınması Çin Xalq Respublikasında (ÇXR) təqaüdlə təhsil almağa, həmçinin Çin şirkətlərində məşğulluq imtiyazlarına imkan yaradır. O bildirib ki, Azərbaycanda HSK/HSKK imtahanlarının müvəffəqiyyətlə keçirilməsi bu dilə marağın artmasına sübutdur.
 

yuxarı ⤴