1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Türkiyənin Hacettepe Universiteti UNEC-i seçir
01.04.2017 / No11

 

 

 


Martın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov Türkiyənin nüfuzlu universitetlərindən olan Hacettepe Universitetinin rektoru, professor Haluk Ozenlə görüşüb. Görüş zamanı hər iki universitetdə təhsilin keyfiyyətinin artırılması yolları, müasir şəraitdə universitet təhsilinə dəyişən və artan tələblər, dünya təhsil sisteminə inteqrasiya imkanları müzakirə edilib. Rektor Ə.Muradov son illər ərzində UNEC-də həyata keçirilən islahatlar, ən müasir təhsil modellərinin Azərbaycana gətirilməsinin prioritet olduğuna və dünyanın bir sıra nüfuzlu universitetlərilə, o cümlədən London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Monpelye, Litvanın Mikolas Romeyris, Almaniyanın Zigen və digər universitetlərilə uğurlu əməkdaşlığa dair ətraflı məlumat verib. Nüfuzlu beynəlxalq QS reytinqinə əsasən, UNEC-in inkişaf edən Şərqi Avropa və Mərkəzi Asiyada ən yaxşı 4-cü iqtisad universiteti olduğu vurğulanıb.
Hacettepe Universitetinin rektoru, professor Haluk Ozen UNEC-lə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib və yekunda UNEC və Hacettepe Universiteti arasında geniş əməkdaşlığı nəzərdə tutan müqavilə imzalanıb.



 

yuxarı ⤴