1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






ADNSU-nun rektoru səfirlə görüşüb
01.04.2017 / No11

 

 

 


Martın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İraqın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Fadil al- Şuveyli ilə görüşüb.
İki ölkə arasındakı əlaqələrin, eləcə də təhsil sahəsindəki əməkdaşlığın müzakirə olunduğu görüşdə həmçinin iraqlı tələbələrin ADNSU-da təhsilə cəlb edilməsi ətrafında fikir mübadiləsi aparılıb. İraqla Azərbaycan arasında hər zaman dostluq münasibətləri olduğunu qeyd edən ADNSU-nun rektoru Mustafa Babanlı rəhbərlik etdiyi ali təhsil müəssisəsində həyata keçirilən tədris prosesi, fakültələr və iraqlı tələbələr haqqında qonağa məlumat verib. Universitetdə 75 iraqlı tələbənin təhsil aldığını deyən rektor ali məktəbin daha çox əcnəbi tələbə qəbul etmək üçün kifayət qədər potensiala malik olduğunu bildirib.
“Hazırda universitetimizdə təkcə neft deyil, eyni zamanda sənayenin digər sahələri üzrə də mütəxəssis hazırlığı gedir. Bir neft ölkəsi kimi İraqın bizim universitetlə əlaqələrini yüksək qiymətləndiririk. Bu gün İraqdan olan tələbələr dərslərə böyük maraq və həvəs göstərirlər”, - deyə rektor M.Babanlı qeyd edib. ADNSU-nun verdiyi diplomların İraqda tanınmasını istədiyini qonağın diqqətinə çatdıran rektor universitetdə tədris olunan 3 ixtisasın Avropa standartlarına uyğun ixtisaslar olaraq akkreditasiyadan keçdiyini də bidirib. ADNSU-da 14 ixtisas üzrə ingilis dilində tədrisin həyata keçirildiyini söyləyən rektor M.Babanlı bunu əcnəbi tələbələr üçün əlverişli fürsət kimi səciyyələndirib.
İraqın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Fadil al-Şuveyli ölkəsinin Azərbaycanla əlaqələrinə hər zaman yüksək qiymət verdiyini xüsusi vurğulayaraq neft sahəsində ixtisaslaşmış ADNSU-da təhsil almaq istəyən kifayət qədər iraqlı gəncin olduğunu deyib.
Sonra qonaq ADNSU-da təhsil alan iraqlı tələbələrlə görüşüb, universitetin tarix muzeyini və Fransız-Azərbaycan Universitetini ziyarət edib.

 

yuxarı ⤴