1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






BŞTİ-də könüllülərə arayış təqdim olunub
01.04.2017 / No11

 

 

 


Martın 30-da Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) üçüncü könüllülük proqramında iştirak etmiş 35 gəncə arayışlar təqdim olunub.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva ölkəmizdə könüllülük proqramının geniş vüsət aldığını qeyd edib. İdarə müdiri könüllüləri təbrik edərək onların fəaliyyətinin yaddaqalan və səmərəli olduğunu söyləyib, hansı sahədə çalışmalarından asılı olmayaraq, könüllülərin uğur qazanacaqlarına inandığını bildirib.
Çıxışı zamanı M.Vəliyeva qeyd edib ki, üçüncü könüllülük proqramı çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 540 nəfər müraciət edib. Onlardan müvafiq meyarlar əsasında 250 nəfər müsahibəyə çağırılıb və 35 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 28 nəfər BŞTİ-nin müvafiq sektorlarında və 7 nəfər isə xidmət bölmələrində fəaliyyətə başlayıb. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramında 15, ikinci proqram əsasında 26, üçüncü könüllülük proqramında isə 35 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstəriblər. Onlardan 11 nəfəri hazırda BŞTİ-nin əməkdaşı kimi çalışır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsində onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edən gənclər, könüllü kimi 3 aylıq fəaliyyətləri dövründə öz ixtisasları üzrə və ümumi dünyagörüşlərinin inkişafı baxımından müsbət təcrübə qazandıqlarını nəzərə çatdırıblar.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 3 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir.
İntizamlı, xoşrəftar, kollektivdə çalışmağı bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər BŞTİ-nin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanıblar.

 

yuxarı ⤴