1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Alternativ enerji” mövzusunda tədbirlər
01.04.2017 / No11

 

 

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir.
Layihə çərçivəsində mart ayı ümumi təhsil məktəblərində “Alternativ enerji” mövzusuna həsr olunub. Mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.
Mövzunun seçilməsində əsas məqsəd şagirdlərin diqqətini alternativ enerji mənbələrinə yönəltmək, onları bu barədə daha geniş şəkildə maarifləndirməkdən ibarətdir. Bakı şəhərinin 12 inzibati rayonunun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Alternativ enerji” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “açıq dərs” və sərgilər keçirilir, araşdırmalar aparılır. Bundan başqa, məktəblilərin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi, Pirallahı Günəş Enerjisi Stansiyası, Qobustandakı Dünyada ilk Günəş, Külək, Bioqaz, Hibrid elektrik stansiyasına ekskursiyaları da təşkil edilib.

 

yuxarı ⤴